Türkiyə polisi son bir həftə ərzində terrorçuluq, narkotik ticarəti və insan qaçırılma ilə mübarizə çərçivəsində 1053 əməliyyat həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatlar zamanı 4972 nəfər saxlanılıb:
“Terrorçulara yardım etmə maddəsi ilə 1002 nəfər, narkotik ticarəti və qaçaqmalçılıq ilə əlaqədar 3970 nəfər yaxalanıb. Terrorçulara yardım edənlərdən 666 nəfər “Zeytun budağı” hərəkatına qarşı təbliğat aparmada ittiham edilir”.