12 Fevral 2018 13:34
4 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan Amerikan Liderlik Şurası Türkiyə ilə bağlı yeni kampaniya başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, kampaniyada məqsəd Türkiyəyə F-35 qırıcılarının satışının dayandırılmasıdır.

Bu işdə şuraya Amerika Erməni Milli Komitəsi yardım edir.

Onlar bunun üçün ABŞ senatorları ilə görüşlər keçirir. Görüşlər zamanı Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə münasibətlərini pozduğunu, Ankaranın F-35-lərin texnologiyası ilə bağlı Rusiya və İranı məlumatlandırdığını bildirirlər.


Müəllif: Samir

Oxşar xəbərlər