12 Fevral 2018 18:59
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Daxili İşlər Nazirliyinin terrorda ittiham etdiyi və qırmızı xətlə axtarışa verdiyi sabiq PYD rəhbəri Salih Müslüm Brüsseldədir.

Teleqraf.com xəbər verir ki, PKK-nın Avropa şəbəkəsinin rəhbərləri ilə görüşlər keçirən Salih Müslüm həftənin çərşənbə günü Brüsseldə mətbuat konfransı keçirməyi və Türkiyənin Afrin əməliyyatı əleyhinə çıxışlar etməyi planlaşdırır.

Toplantı Brüssel Kürd İnstitutunun himayəsi altında keçiriləcək. Mətbuat konfransında Salih Müslümün “Zeytun budağı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı ittihamlar irəli sürəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Salih Müslüm son zamanlar PYD-ni dəstəkləyən Demokratik Toplum Hərəkatı çətiri altında fəaliyyət göstərir. Türkiyə Afrin əməliyyatına başlayandan sonra bu şəxsin sosial şəbəkədə Türkiyə əleyhinə fəaliyyəti güclənib.

O, sonuncu dəfə “Euronevs”ə açıqlamasında Türkiyəyə qarşı sərt ifadələr səsləndirib və ABŞ-ın onlara dəstəyinin davam etdiyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər