ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edərək fevralın 11-də Moskva vilayəti yaxınlığında təyyarə qəzasında həyatını itirən şəxslərə görə başsağlığı verib.
Teleqraf.com Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Tramp və Putin telefon danışığında Yaxın Şərqdəki son vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, dünən Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 71 nəfər həlak olub.