Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru, dünən axşam saatlarında Ukrayna polisi tərəfindən saxlanılaraq Polşaya deportasiya edilən Mixail Saakaşvili “Zik” telekanalına müsahibə verib.
Teleqraf.com-un məlumatına görə, o, müsahibəsi zamanı Ukraynaya qayıdacağını bildirib:
“Mən Ukraynaya qayıtmağın yolunu tapacağam. Düşünürəm ki, biz mübarizəmizi davam etdirməliyik. Ukraynanın hazırkı hakimiyyətinin çox az vaxtı qalıb və onlardan qorxmaq lazım deyil”.