13 Fevral 2018 11:55
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “proqress MS-08” yük raketini bu gün kosmosa göndərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, raket “Soyuz-2.1a” daşıyıcısı ilə Baykonur aerodromundan hərəkətə başlayacaq.

Raket Beynəlxalq Kosmik Stansiyaya 1390 kq quru yük, 890 kq yanacaq və 420 litr su, o cümlədən 42 kq oksigen balonu çatdıracaq.

Kosmik raket fevralın 11-i fəzaya buraxılmalı idi. Ancaq mühərrikdə yaranmış problem səbəbindən təxirə salınmışdı.


Müəllif: Samir