Gürcüstanın hazırkı rəhbərliyi sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyası üçün Polşaya müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Gürcüstan parlamentinin üzvü Aleksandr Kantariya yerli telekanallardan birinə müsahibəsində verib.
O bildirib ki, məsələ gürcü parlamentində müzakirəyə çıxarıldıqdan sonra qərar qəbul ediləcək.
Qeyd edək ki, Saakaşvili dünən Ukraynadan Polşaya deportasiya edilib.