13 Fevral 2018 20:59
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya xarici işlər naziri Halbe Zeylstra yalan danışdığı üçün istefa verib.

Teleqraf.com xəbər verir ki, nazir yerli mətbuata müsahibəsində 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü bildirib.

Ağlayaraq deputatlara müraciət edən nazir yalan danışmaqla həyatının ən böyük səhvini etdiyini bildirib.

O, krala istefa ərizəsi təqdim etməkdən başqa çıxış yolunun olmadığını deyib.

Nazir bazar ertəsi "Volkskrant" qəzetinə müsahibəsində 2006-cı ildə Rusiyanın prezidenti ilə görüşdüyünü, Putinin Belorus, Ukrayna, Baltikyanı ölkələr və Qazaxıstanı "Böyük Rusiya"nın tərkib hissəsi kimi gördüyünü deyib. .

Müsahibə dərc ediləndən dərhal sonra nazirin Putinlə görüşdə iştirak etmədiyi məlum olub. Müxalifət liderləri nazirin etibarlılıq məsələsini parlamentdə müzakirəyə çıxarmaq istəyiblər.

Zeylstra bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşmək üçün Moskvaya səfər etməli idi. Hollandiya Xarici İşlər Nazirliyi səfərin ləğvi barədə Kremli məlumatlandırıb.

Halbe Zeylstra 4 ay öncə xarici işlər naziri təyin edilib.


Müəllif: Ruslan