13 Fevral 2018 22:14
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) bu gün axşam saatlarında İraqın şimalındakı terrorçuların mövqelərinə avia-zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TSQ məlumat yayıb.

Qeyd olunur ki, Sinath-Hafta bölgələrində sığınan terrorçuların Türkiyənin sərhəd xidmətinə qarşı terror aktları hazırladıqlarına dair kəşfiyyat məlumatları əldə edilib.

Məlumat əsasında anti-terror əməliyyatında iştirak edən qırıcılar terrorçuların 16 sığınacağını məhv edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər