15 Fevral 2018 08:07
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Suriyada 30 günlük atəşkəs çağırışını Rusiya dəstəkləməyib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın BMT-dəki təmsilçisi Vassili Nebenzia Təhlükəsizlik Şurasında Suriya ilə bağlı aparılan müzakirələrdən sonra jurnalistlərə açıqlamasında atəşkəsin indiki məqamda mümkün olmadığını deyib.

"Suriya hökuməti terrorçularla savaşır. Oradakı vəziyyət atəşkəsin bərqərar olacağına inamımızı sarsıdır. Atəşkəsə bir gecədə nail olmaq alınmayacaq", deyə Vassili Nebenzia qeyd edib.

Suriyada 30 günlük atəşkəsin elan edilməsi layihəsini BMT Təhlükəsizlik Şurasına Küveyt təqdim edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər