ABŞ İŞİD terror təşkilatının döyüşçülərini Əfqanıstana yerləşdirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Ali Məclisinin sədri Əli Laricani deyib.
O, Avropa Birliyinin xarici əlaqələr komissiyasının rəhbəri Devid Makkalister ilə görüşündə ABŞ-ı terror təşkilatlarını dəstəkləməkdə günahlandırıb:
“Əfqanıstandakı terrorçuluğun təməli 30 il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yardımı ilə Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ tərəfindən qoyulub”.
Laricaninin sözlərinə görə, ABŞ İŞİD terrorçularını helikopterlərlə Əfqanıstana daşıyır.