15 Fevral 2018 17:13
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan Egey dənizində gələcəkdə oxşar gərginliklərin yaşanmaması üçün təzyiqləri azaltmalıdırlar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, Yunanıstan və Türkiyənin müdafiə nazirləri ilə müzakirə aparıb.

Stoltenberq əlavə edib ki, tərəflər gərginliyin azaldılması üçün danışıqları davam etdirməlidirlər.

Qeyd edək ki, həftənin ilk günlərində Egey dənizində Kardakla bağlı türk və yunan tərəfi arasında gərginlik yaşanmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər