16 Fevral 2018 08:31
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The New York Post” nəşrinin məlumatına görə, “Apple” korporasiyasının kapitallaşma dəyəri 849,2 milyard dollar təşkil edib.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, sözügedən nəşr iddia edir ki, Kaliforniya korporasiyası ən yaxın rəqiblərini xeyli geridə qoyub. Reytinqdə ikinci yeri tutmuş “Alphabet” şirkətinin kapitallaşma dəyəri 745,1 milyard dollardır. 702,5 milyard dollar məbləğində kapitallaşma dəyərinə malik “Amazon” şirkəti üçüncü yerdə qərarlaşıb.

Bu dəfə ən böyük internet mağazası kapitallaşma dəyəri 699,2 milyard dollar təşkil edən “Microsoft” korporasiyasını ötməyə müvəffəq olub. Dünyada ən bahalı şirkətlərin ilk beşliyində, həmçinin “Facebook” sosial şəbəkəsinin adı var. Bu şirkətin kapitallaşma dəyəri 521,5 milyard dollar təşkil edib.


Müəllif: Teleqraf.com