16 Fevral 2018 08:05
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda Birləşmiş Kommunist Markisist-Leninist Partiyası (CPN UML) lideri Kadqa Prasad Oli ölkənin baş naziri seçilib.

Teleqraf.com xəbər verir ki, Nepalın əvvəlki baş naziri Şer Bahadur Deubanın rəhbərlik etdiyi partiya parlament seçkilərində uduzduğu üçün azlıqda qalıb. Seçkilərdə qalib gələn kommunist yönümlü partiyanın lideri deputatların səsverməsi ilə baş nazir seçilib.

Kadqa Prasad Oli bu gün vəzifəsinə sədaqət andı içəcək. O, Nepalın digər sol partiyası olan Kommunist Maoist Mərkəzi Partiyası (CNP MC) ilə birlikdə qurulacaq koalision hökumətinə rəhbərlik edəcək.


Müəllif: Ruslan

Oxşar xəbərlər