ABŞ-ın Florida ştatındakı liseylərdən birində silahlı insident törədən Nikolas Kruzla bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun “Florida Respublikası” (ROF) irqçi qrupunun üzvü olduğu aydınlaşıb.
ROF-un rəhbəri Cordan Cereb bu məlumatı təsdiq edib və Kruzun Tallahassi bölgəsində ROF üzvləri ilə birlikdə hərbi təlimlər keçdiyini bildirib.
Bundan başqa, Kruz Yutub hesabında yayımladığı videolarından birində peşəkar məktəb hücumçusu olacağını bildiribmiş.