ABŞ Dövlət katibi Reks Tillerson səfər etdiyi Türkiyənin paytaxtı Ankarada etirazlarla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, insanlar əllərində Türkiyə bayraqları ilə səfərə etirazlarını bildiriblər.
Bu gün Tillerson Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bir araya gələcək. Görüşün keçiriləcəyi Ankara Palas otelinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Görüşdən sonra Tillerson və Çavuşoğlu birgə mətbuat konfransı keçirəcəklər.