ABŞ Çin ilə müharibəyə hər zaman hazır olmalıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Avstraliyadakı səfiri postuna namizəd, admiral Harri Harris Konqresdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çinin hərbi potensialının artması bunu deməyə əsas verir:
“Çinin əsas məqsədi bəllidir. Bunu görməməklə biz özümüzü təhlükəyə atırıq. Pekin yaxın zamanlarda Vaşinqtona meydan oxuya bilər”.