17 Fevral 2018 17:58
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası rəsmi Tehrana qarşı ciddi addımlar atmalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Haley bildirib ki, Yəməndəki husi yaraqlılarına və onun müttəfiqlərinə qarşı BMT-nin qoyduğu sanksiyaları rəsmi Tehran pozur:

“Səudiyyə Ərəbistanına atılan raketlərin mənşəyi barədə ekspertlərin yanvarda yaydığı hesabat bizim bir neçə ay əvvəldən dediklərimizi bir daha təsdiqləyir. İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq gizli və qanunsuz şəkildə Yəməndəki husilərə silah-sursat və pilotsuz təyyarələr göndərib.

Aydın məsələdir ki, dünya birliyi İranın bu qanun pozuntuları qarşısında sakit qala, onun BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar pozmasına göz yuma bilməz.

Hesab edirik ki, İran bu qanun pozuntularının məsuliyyətini üzərinə götürməlidir. Məhz bunları nəzərə alaraq güman edirik ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı ciddi tədbir görməsinin vaxtı gəlib çatıb”.


Müəllif: Samir

Oxşar xəbərlər