Terror təşkilatlarına Osmanlı yumruğunu vurduq.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Almaniyada səfəri zamanı Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
O, sözünə belə davam edib: "PKK-nın belini qırdıq. Amma qarşımıza başqa bir adla çıxdılar. YPG PKK-nın Suriya şöbəsidir.
Suriyada müharibə yox, terrorla mübarizə aparırıq. Bunlar beynəlxalq hüquq çərçivəsindədir.
Biz demokratiyanı daha da gücləndirəcəyik. İntiqam duyğusuyla yox, ədalət hissiylə bu işləri həll edəcəyik".