Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də başladılan “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə doğru irəliləyərək strateji nöqtələri ələ keçirir.
Teleqraf.comxəbər verir ki, böyük itkilərə məruz qalan terrorçular ABŞ və Avropadan dəstək alaraq özlərini mülki şəxs kimi tanıdırlar. PKK məhv edilən terrorçuları mülki vətəndaş kimi təqdim etməyə çalışır.
Ötən günlərdə ABŞ tərəfindən dəstəklənən və Amerika istehsalı olan libasda zirehli texnikanın üzərində fotosu yayılan terrorçu qadın bu gün Türk Silahlı Qüvvələri tərəfindən məhv edilib.