19 Fevral 2018 11:27
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı ölkədə aparılan istintaqın nəticələrinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, fikirlərini Tvitter hesabında bölüşüb:

“Mən heç vaxt deməmişəm ki, Rusiya seçkilərə müdaxilə etməyib. Müdaxilə Rusiyadan, Çindən, hansısa qrupdan və ya hakerdən gələ bilərdi. Mən bəzilərinin “Tramp Rusiya ilə əlaqədə olub” fikirlərinə cavab vermişəm ki, bu heç vaxt olmayıb”.

Tramp bildirib ki, əgər rusların istəyi ABŞ-da xaos və fikir ayrılığı yaratmaq olsaydı, onlar bütün bu partiyaya nifrət, hazırda aparılan istintaq, komitələrdə keçirilən dinləmələrdən istifadə edib ən sərt arzularını həyata keçirə bilərdilər:

“Onlar indi bizə baxıb gülməkdən ölürlər. Demək istəyirəm ki, Amerika, ağıllı ol!”

Qeyd edək ki, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi ilə bağlı 13 Rusiya vətəndaşına və 3 rus şirkətinə qarşı ittiham irəli sürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər