Qadın kişi paltarında özünə iki dəfə toy edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanın Uttaraxand ştatında baş verib.
Məlumata görə, 26 yaşlı Krişna Sen adlı qadının bu addımına səbəb toy mərasimi zamanı çoxlu qiymətli hədiyyə alması olub.
O, özünü kişiyə o qədər bənzədib ki, polislər Seni saxlayan zaman onun qadın olduğuna inanmaq üçün tibbi ekspertizadan keçiriblər.
Onun yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.