Rusiya Premyer Liqasının ilk turunda "Rubin" - "Spartak" (0:4) görüşündə qəribə hadisə yaşanıb. Rusiyanın asayiş keşişkiçiləri stadionda oyunu izləyən "Spartak"ın qadın azarkeşinə qarşı xoşagəlməz tələb irəli sürüblər.
Yevqeniya Trusova polislər tərəfindən soyunma tələbi alıb.
Rusiya mətbuatının gündəminə düşən bu hadisə bütün qadın azarkeşlərin etirazına səbəb olub. Xanım azarkeşin özü də bu barədə məlumat verib: "Mən öz hüquqlarımı sonadək qorumağa hazıram. Dövlət işçisinin belə təklifi biabırçılıqdır. Səbəbkarlar cəzalanmalıdır. Bu hadisədən sonar, çətin ki, hansısa qadın azarkeş stadiona futbola baxmağa gəlsin... Biz biletimizi təqdim etdik. Daha sonra stadiona daxil olduq. Bundan sonra artıq nələrin olacağını təxmin etmək olardı. Polislər qarşımda dayanıb mənə baxırdı. Düşündüm ki, mübahisə etmək üçün hələ tezdi və yoluma davam etdim. Daha sonra polislərdən biri "Soyunun" kəlməsini işlətdi. Təəccüblə ona baxıb sözün mənasını soruşdum. O isə cavab vermədi və güldü".
Xatırladaq ki, Yevgeniya “Miss Spartak” gözəllik yarışmasının qalibidir.
/publika.az/