20 Fevral 2018 01:28
599

Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərini təkzib ediblər.

Aktyorun qardaşı Frenk Stallone Silvesterin barəsində yayılan xəbərlərin yalan olduğunu deyib: "Hansı xəstə düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlara cəmiyyətdə yer yoxdur".

Qeyd edək ki, internetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.


Müəllif: Teleqraf.com