20 Fevral 2018 11:17
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın Prezident Aparatı dövlət başçısının istifadəsindəki bron olunmuş 25 lüks “Mersedes” avtomobilini hərraca çıxarıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə rəsmi dövlət saytı məlumat yayıb.

Avtomobillərin qiyməti buraxılış ilindən asılı olaraq dəyişir. Məsələn, 1995-ci ilin “Mersedes”i 25100, 2009-cu il buraxılışı isə 75500 dollara təklif olunur. 13 avtomobil 2009-cu il buraxılışıdır.

Bu avtomobillərdən Prezident Qurbaqulu Berdiməhəmmədov yalnız xarici qonaqları qarşılayan zaman istifadə edib. Qalan vaxtlarda onun xidmətində başqa maşınlar durur.

Türkmən rəhbəri avtomobil sürməyi sevir, ona görə çox vaxt sükan arxasında özü oturur.

Qeyd edək ki, neft ölkəsi olan Türkmənistanda iqtisadi vəziyyətin yaxşı olmadığı barədə vaxtaşırı məlumatlar yayılır.


Müəllif: Mahir

Oxşar xəbərlər