20 Fevral 2018 14:01
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp hazırda Amerika liderlərinin reytinq sırasında sonuncu yeri tutur. Onun bu vəziyyəti düzəltmək üçün qarşıda 3 ili var.

Teleqraf.com xəbər verir ki, bu sözlər politoloqlar Brendon Rottinqhauz və Castin Bonun “Nyu York Tayms” qəzetində nəşr olunmuş birgə məqaləsində yer alıb.

Onlar Amerika Politoloqlar Assosasiyasının 320 nümayəndəsindən bu günə qədərki prezidentlərin işini 100 ballıq sistemlə qiymətləndirməyi xahiş edib. Politoloqlardan 170-i Prezident Donald Trampa 12 bal, Ceyms Bükenenə 15, Uilyam Henri Harrisona 19 bal verib.

İlk beşliyi Avraam Linkoln (95 bal), Corc Vaşinqton (93 bal), Franklin Ruzvelt (89 bal), Teodor Ruzvelt (81 bal) və Tomas Cefferson (80 bal) tamamlayıb.

Bu siyahıda Barak Obama 71 bal ilə 8-ci, Corc Buş (oğul) 40 bal ilə 30-cu, Bill KlintonisA 64 balla 13-cü yeri tutublar.


Müəllif: Samir