21 Fevral 2018 21:14
4 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Dostluq, Bərabərlik və Sülh Partiyasının (DEB) sədri Mustafa Aliçavuş türklər haqqında aşağılayıcı ifadələr işlədən Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalosa cinayət işinin açılması üçün prokurorluğa şikayət edib.

Teleqraf.com xəbər verir ki, M.Aliçavuş sabiq nazirin televiziya verilişlərinin birində çıxışı zamanı işlətdiyi "ən yaxşı türk ölü türkdür" ifadəsinin qəbuledilməz olduğunu bildirib.

"Bu, irqçi, faşist yanaşmadır. Panqalos xalqlar arasında nifaq toxumu səpən açıqlamaları Yunanıstanın cinayət məcəlləsinin müvafiq maddəsilə üst-üstə düşür. Yunanıstan məhkəməsinin ədaləti hər şeydən üstün tutacağına inanırıq", deyə M.Aliçavuş qeyd edib.

Onun sözlərinə görə, Panqalosun irqçi çıxışlarına yunan siyasətçilərin etiraz etməməsi bu ölkədə yaşayan 150 min türkü məyus edib.

Yunanıstanda 1996-1999-cu illərdə xarici işlər naziri olmuş Teodoros Panqalos "Skai Radyo"dakı çıxışında Türkiyə-Yunanıstan münasibətlərini şərh edərkən təhqirə yol verib.

“Siyasi kariyeramda çox türk tanıdım. Amma yaxşı türk tapa bilmədim. Ən yaxşı türk ölü türkdür”.


Müəllif: Ruslan

Oxşar xəbərlər