22 Fevral 2018 02:13
497

İraqda valideynləri döyüşlərdə həlak olmuş 15-ə yaxın azərbaycanlı uşaq var.

Teleqraf.com "RİA.ru"ya istinadla xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Azərbaycandan isə təqribən 15 uşaq var:

"Onların ən böyüyü 8 yaşdadır. Biz onlara köməklik etmək istəyirik. Rusiya qanunları MDB ölkələrindən olan vətəndaşların qaytarılmasına imkan vermir. Əgər onların valideynlərindən biri Rusiya vətəndaşı olsa onları İraqdan çıxara bilərik".


Müəllif: Teleqraf.com