22 Fevral 2018 09:52
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Monteneqrodakı səfirliyinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı terrorçu kamikadze səfirliyin binası qarşısına əl qumbarası atıb, daha sonra üzərindəki partlayıcını işə salıb.

Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat verilmir.

Polis partlayışı 2 nəfərin törətdiyini açıqlayıb. Terrorçulardan biri partlayış zamanı ölüb, digərinin qaçdığı iddia edilir.

Hadisə yerindən ilk görüntüləri təqdim edirik:


Müəllif: Samir