22 Fevral 2018 10:32
721

ABŞ Prezidenti Donald Tramp Floridada 17 şagirdin öldürülməsi ilə nəticələnən hücumlardan danışarkən yeni təklif irəli sürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti bu təklifini Floridadakı hücumdan sağ qurtulan şagirdlərlə Ağ Evdə keçirdiyi görüşdə səsləndirib.

O bildirib ki, belə hücumların qarşısını almaq üçün müəllimlər silahla təmin edilməlidir:
“Əgər silahlı müəllimimiz olsaydı, hücumun qarşısı vaxtında alınardı. Təklif edirəm ki, ABŞ-dakı müəllimlərin 20 faizi silahla təmin edilsin. Bu məsələ müzakirə ediləcək”.


Müəllif: Samir