Bir qrup amerikalı və alman astronavt gözlənilməz açıqlama ilə çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açıqlamada yadplanetlilərdən alınan məktubları araşdırmaq deyil, məhv etmək lazım olduğu bildirilib.
Alimlərin fikrincə, həmin məktubların insanlığın xeyrinə olacağı ilə bağlı heç bir sübut yoxdur:
“İnsanlar həmin məktubları oxusalar, çox böyük təhlükə ilə üz-üzə qala bilərlər. Bu məktublar radiosiqnal və ya yadplanetlilərin artefaktı ola bilər. Bu tip informasiyalar qlobal bəşər mədəniyyətinə ciddi təsir göstərə bilər. Bu səbəbdən həmin məktubları oxumaq bizim üçün faciəvi nəticələrə səbəb olacaq”.