Avstraliya baş nazirinin müavini Barnabi Coys istefa verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səbəb onun sabiq aparat əməkdaşlı Vikki Kempion ilə sevgi macərasıdır.
Bu hadisə Coysla ölkənin baş naziri Malkol Ternbul arasında soyuqluğa gətirib çıxarıb. Ternbul hökumət üzvlərinin aparat əməkdaşları ilə sevgi münasibətlərini qadağan edib. Bildirib ki, bu, iş prosesinə mənfi təsir göstərir.
Qeyd edək ki, hadisədən sonra Coys 24 illik həyat yoldaşından boşanmayıb. Hazırda onun 4 övladı var və sevgilisi Coysdan hamilədir.