Avropa Birliyi Rohinca müsəlmanlarının öldürülməsi ilə əlaqədar hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Avropa Birliyinin diplomatı “Röyter”ə açıqlama verib.
Onun sözlərinə görə, ilk olaraq, Myanma ordusunun generallarına qarşı sanksiyalar tətbiq ediləcək:
“Bununla bağlı təkliflər paketi Avropa Birliyinin xarici əlaqələr komitəsinin sədri Federika Mogeriniyə təqdim ediləcək. Sanksiyalara Myanmaya silah satışına embarqo tətbiqi məsələsi də daxil ediləcək”.