Vaşinqton Suriya hökumət qüvvələrinə qarşı hərbi gücdən istifadə edə bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib:
“Suriya böhranın mərkəzində olmaq istəmirik. Ancaq insanları kimyəvi silahdan qorumaq üçün mükün olan hər şeyi etmək istəyirik. Raket hücumları səbəbsiz təşkil edilmir. Vurulan bölgələrdə kimlərin olduğunu araşdırmaq lazımdı. ABŞ Prezidenti Donald Tramp Suriya ilə bağlı planlarını açıqlamayacağını ifadə etdi. Ancaq Əsəd başa düşür ki, kimyəvi silah istifadəsi ilə bağlı sübut tapsaq, hərəkətə keçəcəyik”.