23 Fevral 2018 20:19
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada “şeytançıxarma” mərasimlərinə gedənlərin sayının durmadan çoxalması bu sahə üzrə “mütəxəssislər”ə təlabatı artırıb.

Teleqraf.com xəbər verir ki, Vatikan “şeytan çıxaranlar”a olan tələbi qarşılamaq üçün yeni kursların açılması barədə qərar verib.

Vatikanın rərsmi xəbər saytı olan "Vatican News"un məlumatına görə, ilk kurs Siciliyanın paytaxtı Palermoda açılıb. Aprel ayında isə Romada yeni kurs açılacaq.

“Şeytançıxarma” üzrə uzman rahib Beniqno Pallila kurslarda satanizmdən tutmuş şeytandan xilas olan insanların hekayəsinə qədərə ən xırda detalları şagirdlərə öyrətdiklərini bildirib.

Şeytan çıxaran rahib Cesare Truqui bildirib ki, gənc rahiblər bu ayinə həvəsli olmadıqları üşün ölkədə “şeytan çıxaranlara” təlabat artıb.

Rahib Beniqno Pallila qeyd edib ki, “şeytançıxarma”ya təlabatın artmasının kökündə İtaliyada cadu, falçı və digər bu kimi yerlərə gedənlərinin sayının çoxalması durur

Rahiblər yalnız Vatikanın verdiyi diplom əsasında “şeytançıxarma” ilə məşğul ola bilərlər. Onların dərs alması, təcrübəli “şeytan çıxaranlar”ın yanında müəyyən müddət işləməsi tələb olunur.

Vatikanın rəsmi məlumatına görə, Beynəlxalq Şeytançıxaranlar Dərnəyinin 400-ə qədər üzvü var. Onların 240-ı İtaliyada fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər