23 Fevral 2018 23:44
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) köçürüləcəyi tarix məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Amerika rəsmiləri Birləşmiş Ştatların İsraildəki səfirliyinin İsrailin müstəqilliyinin 70-ci ildönümü günü – mayın 14-də Qüdsə köçürüləcəyini bildiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib və səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. Bu qərar dünyada, o cümlədən ABŞ-ın müttəfiqləri arasında etiraza səbəb olub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər