ABŞ prezidentinin məsləhətçisi və qızı İvanka Tramp Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak üçün Cənubi Koreyaya səfəri zamanı ölkə prezidenti Mun Çje İna Koreya Xalq Demokratik Respublikasına qarşı hazırlanan sanksiyalar barədə məlumat verib.
Teleqraf.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin jurnalistlərinə açıqlamasında bildirib.
“Komandanın üzvü olan İvanka prezident Munla şam yeməyi zamanı bu barədə məlumat verib və sanksiyalar barədə elandan əvvəl tərəflər arasında müzakirələr aparılıb”, - deyə nazir qeyd edib.
Mnuçin yeni sanksiyaların vaxtı barədə suala cavabında bunun müəyyən zaman alacağını deyib.