Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriya ilə sərhədə yeni tanklar göndərilib.
Teleqraf.com xəbər verir ki, bu gün Hatay vilayətinin Qırıqxan mahalına 5 tank daxil olub.
Hərbi konvoyla gələn tanklar sərhəd qoşunlarına təhvil verilib. Hazırda bölgədə hərbi əməliyyatlar davam edir.