24 Fevral 2018 10:23
5 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusu Afrinə PKK/PYD terrorçularına dəstəyə gələn 40 avtomobillik karvana zərbə endirib.

Teleqraf.com xəbər verir ki, “Sakarya” raketləri ilə vurulan dəstək karvanında ən azı 80 nəfər öldürülüb.

Afrindəki terrorçulara dəstəyə gələnlər Bəşər Əsədə yaxın qüvvələr və şiə milislərdir. Hücum zamanı silahla dolu iki yük avtomobili alovlanaraq məhv edilib.

Məlumata görə, Afrin istiqamətli sobataj və təxribatları həyata keçirən 3 şəxsin kimliyi bəllidir. Bunlar Bəşər Əsədin Hələbdəki səlahiyyətli generalı Malik Alaya və PKK/YPG terrorçularının hərbi sorumlusu Sipan Homodur. Üçüncünün isə Xalid Həsən adlı şəxs olduğu deyilir.


Müəllif: Cavad

Oxşar xəbərlər