24 Fevral 2018 21:27
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın bəyanatının gerçəkliklə heç bir əlaqəsi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Trampın bəyanatına münasibət bildirən Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski deyib.

O qeyd edib ki, “rüsvayçılıq” sözü ABŞ-ın Liviyanı doğramasına, Yuqoslaviyanı parçalamasına, İraqdakı müharibəyə daha uyğun gəlir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevralın 23-də Vaşinqtona səfər edən Avstraliyanın baş naziri Malkom Turnbulla görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiya və İranın Suriya siyasətini kəskin tənqid edib:

“Hesab edirik ki, İranla Rusiyanın Suriyada dinc əhaliyə qarşı atdığı addımlar, onların Əsəd rejiminin yanında olması və ona dəstək verməsi böyük rüsvayçılıqdan başqa bir şey deyil. Bu isə dayandırılmalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər