Somalinin paytaxtı Moqadişoda ardıcıl baş verən iki partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən bildiri ki, "Əş-Şabab" terrorçularının törətdiyi partlayışlar zamanı 20 nəfər yaralanıb.
Qeyd edək ki, partlayıcı dolu iki avtomobildən biri prezident sarayı, digəri isə otelin yaxınlığında partladılıb.