25 Fevral 2018 19:20
3 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya hökuməti Çeçenistan prezidenti Ramzan Kadırov və istintaq komitəsinin sədri Aleksandr Bastrıkinin ölkəyə girişinə qadağa qoyub.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkevics rəsmi tvitter səhifəsində məlumat verib.

Nazir "Maqnitski işi"lə bağlı fevralın 22-də Latviyanın Baş nazirinin Parlamentin qərarını təsdiqlədiyini bildirib.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq Qərb ölkələrinə girişinə qadağa tətbiq olunur, aktivlərinə isə həbs qoyulur.


Müəllif: Ayxan

Oxşar xəbərlər