26 Fevral 2018 08:18
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obamanın yazdığı kitab bu il noyabrın 13-də işıq üzü görəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Obama ailəsinin rəsmi nümayəndələri açıqlayıb. “Becoming” adlanan kitab 24 dildə nəşr olunacaq. Keçmiş birinci xanımın sözlərinə görə, memurlarından ibarət kitab üzərində iş onun üçün dərin şəxsi təcrübə olub. Mişel Obama kitabda öz kökləri haqda da bəhs etdiyini deyib: “Ümid edirəm ki, mənim xatirələrim oxuculara öz arzularının ardınca getməsi üçün cəsarətli olmağa ilham verəcək”.

Amerika nəşriyyat evi “Crown Publishing Group”un məlumata görə, kitabın kağız versiyasının dəyəri 32 dollara bərabərdir. Kitabı elektron versiyada oxumaq istəyənlər isə 15 dollar ödəməli olacaqlar. Kitabın təqdimatı üçün Obama ABŞ və başqa ölkələrə yola düşəcək.

İxtisasca hüquqşünas olan 54 yaşlı Mişel Obama 2009-2017-ci illər ərzində birinci xanım statusu daşıyıb. 1992-ci ildə Barak Obama ilə ailə həyatı quran Mişelin iki qızı var.


Müəllif: Kəmalə

Oxşar xəbərlər