Rusiyanın Argentinadakı səfirliyində narkotik maddənin tapılması ilə bağlı Moskvadan rəsmi açıqlama gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.
O bildirib ki, aparılan araşdırmalar zamanı hadisənin təfərrüatı aydınlaşıb:
“Narkotik maddələrlə yüklü torbaları səfirlik binasına texniki heyətin əməkdaşı keçirib”.
Faktla əlaqədar bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, Rusiya və Argentina tərəfinin fevralın 23-də birgə apardığı axtarış zamanı Rusiya səfirliyində 389 kiloqram narkotik maddə aşkar edilib.