Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları gücləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq qərar BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq qəbul edilib.
Məlumata görə, BMT-nin sanksiyalar siyahısında Şimali Koreyadan 79 fiziki, 54 hüquqi şəxsin adı var. Avropa Birliyinin qadağalar siyahısına isə bu ölkədən 55 fiziki, 9 hüquqi şəxsin adı daxil edilib.