26 Fevral 2018 18:13
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin silahlandırılması ilə bağlı qərarın məktəblərdə təhlükəsizliyi təmin edəcəyinə inanmıram.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin qızı və müşaviri İvanka Tramp deyib:

“Fikrimcə, silah əldə olunması ilə bağlı qanunlar sərtləşdirilməlidir”.

Qeyd edək ki, fevralın 15-də Floridada orta məktəblərdən birinə edilən silahlı hücum nəticəsində 17 nəfər həlak olub. ABŞ Prezidenti Donald Tramp bununla bağlı mərasimdə iştirakı zamanı faciədən qaçmaq üçün müəllimlərin silahlandırılmasını vacib hesab edib.


Müəllif: Samir

Oxşar xəbərlər