ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən sanksiya siyahısına qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi əlavə edilib.
Siyahıya salınmış fiziki şəxs və şirkətlərlə əməkdaşlıq edənləri də cəza gözləyir.