ABŞ-ın Şimali Koreya siyasəti üzrə məsul diplomatı növbəti həftəsonu istefa verəcək.
Teleqraf.com CNN telekanalına istinadla xəbər verir ki, 63 yaşlı diplomat Cozef Yun istefa ərizəsini ABŞ Dövlət katibi Reks Tillersona təqdim edib.
Bununla bağlı Yun keçirdiyi mətbuat konfransında məlumat verib:
“Tillerson təəssüflə ərizəmi qəbul etdi. Öz istəyimlə istefa verirəm”.
Qeyd edək ki, Yun sabiq prezident Barak Obama tərəfindən 2016-cı ilin oktyabrında bu vəzifəyə təyin edilib.