Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Yapon dənizi üzərindən təlim uçuşu həyata keçirərkən Cənubi Koreya hava sərhədlərinə daxil olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumata əsasən, yerli vaxtla 09:34-də Çin qırıcısı Cənubi Koreya sərhədləri daxilinə doğru 48 kilometr məsafədə qət edib.
Qırıcı 4 saatdan sonra Seula məxsus F-15K döyüş təyyarəsinin havaya qalxmasından sonra Cənubi Koreya sərhədlərini tərk edib.
Bundan başqa, məsələ ilə bağlı Çin tərəfinə etiraz notası göndəriləcəyi bildirilib.