28 Fevral 2018 21:27
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmi Kiyevi Luqansk və Donbasdan olan bütün əsirləri təhvil verməyə çağırıb.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynadan olan təmas qrupu ilə görüşdən sonra Rusiya rəsmisi Boris Qrizlov bildirib.

Görüşdə Rusiya tərəfi Kiyevi bütün əsirlərin qarşı tərəfə verilməsinə dair anlaşmaya əməl etməyi çağırıb. Qrizlov əsirlərin qaytarılmasında Ukraynanın süni maneələr yaratdığını bildirib.

Qeyd edək ki, sonuncu dəfə əsirlərin mübadiləsi 2017-ci ilin dekabr ayında olub. Həm Donbas, həm də Ukrayna tərəfi onlarda əsirlərin olduğunu bildiriblər.


Müəllif: Ayxan

Oxşar xəbərlər